Paşinyan üç qapını döydü: Qarabağda “çıxış yolu” axtarır
– Amerikalı səfirlə görüşdə Vaşinqtonun Qarabağla bağlı dəqiq mövqeyinin ifadə edilməsini istədi;
– Rusiyalı səfirlə “Minsk qrupu formatının vacibliyindən” danışdı;
– Fransalı səfirə “ölkəsinin Minsk qrupunda həlledici rol oynadığından” bəhs etdi;
Brüsseldə “status” iddiasının “etnik ermənilərin hüquqları” ilə əvəzlənməsindən sonra Paşinyan “çıxış yolu” axtarır.
Birincisi, mümkünsüz olduğunu anlasa da, Minsk qrupu formatının yenidən bərpa edilməsi imkanlarını axtarır;
İkincisi, Qarabağda “status” iddiasına hansı ölkənin dəstək verə biləcəyini anlamağa çalışır;
Erməni baş nazir həm də bu üç ölkənin hər biri üzərindən manevr etməyə cəhd göstərir: sülh sazişinə yanaşmada ABŞ-ı Avropa İttifaqına qarşı qoymaq istəyir; Fransa üzərindən Aİ-nin “status”la bağlı mövqeyinə təsir etmək imkanını yoxlayır; Rusiyanı alternativ qapı olaraq saxlayır;
Publika.az