Paşinyana sülh müqaviləsini KİMLƏR imzalatdıracaq? – DETALLAR

Paşinyana sülh müqaviləsini KİMLƏR imzalatdıracaq? – DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günkü sərsəmləməsinə münasibət bildirən politoloqun fikrincə, Nikol Paşinyan gözəl başa düşür ki, Ermənistan təxribatlara davam etsə, artıq Azərbaycan Ordusunun əsgərləri Göyçə gölündən su içəcək:

“Bu, birmənalıdır. Biz istəsək, İrəvana da çata bilərik. Amma Azərbaycan işğal altında qalan digər ərazilərini qanun çərçivəsində işğaldan azad edə bilər, bu mümkündür. Söhbət Qazaxın işğal altındakı 7 kəndindən gedir. Həmin kəndlər beynəlxalq hüquqa əsasən bizim sərhədlərimiz daxilindədir. Azərbaycan bu addımı atmağa qadirdir. Ermənilər bu şəkildə davam eləsələr, biz bu addımı da atacağıq. O zaman Ermənistanın Tiflisə çıxış yolu da tamamilə bağlanacaq. Onda ermənilərin ağılları başlarına gələr. Görünən odur ki, Ermənistan üzərində çox güclü siyasi dava gedir. Rusiya Ermənistanı cəzalandırmaq istəyir. Çünki Paşinyan artıq Rusiyanı və onun maraqlarını Qərbə satdı. Ortada olan odur ki, Ermənistan çaşbaş qalıb. Bir tərəfdə onu hakimiyyətə gətirən ABŞ var, digər tərəfdə isə onu hakimiyyətdən devirmək iqtidarında olan Rusiya. Qarşısında isə daim başından yumruqlayan Azərbaycan durub”.

Cümşüd Nuriyev düşünür ki, Rusiyanın hazırda Azərbaycana olan münasibəti Ermənistanın əvvəllər gözlədiyi və umduğu münasibət deyil:

“Eyni zamanda, Amerikanın Azərbaycana münasibətində ikili standartlar olsa belə, Ermənistanın istədiyi siyasi münasibət deyil. Ona görə də Nikol Paşinyanın çaşbaş qalması bir qədər təbiidir. Ermənistanın baş naziri qeyri-ciddi addımlar atmaqla özünü tam mənada ifşa etdi. Səmərqəndə getməməklə həm də öz qorxusunu ortaya qoydu. Paşinyan qorxurdu ki, Rusiya prezidenti Putin Səmərqənddə ona sülh müqaviləsini imzalada bilər. Rusiya belə bir addım atmalıdır; əgər Moskva bu məsələnin həllini istəyirsə, Kəlbəcər və Ağdamın ərazisindən – yəni keçmiş Ağdərə rayonunun ərazisindən rusiyalı sülhməramlıları çıxarmalıdır. Həmin mövqelərdə Azərbaycan Ordusu öz gücünü ortaya qoymalıdır. İnanın ki, bütün Ermənistan yalvaracaq ki, bu sülh sazişini imzalayaq. Top artıq Ermənistanın meydançasındadır. Üstəlik, Paşinyan peşəkar oyunçu deyil və artıq top onun qapısındadır. Həmin qolu da Azərbaycan vurub. Biz şəhidlər verdik, bu bizim üçün ağır olsa da, eyni zamanda, bir şərəf məsələsidir. Biz Vətənimiz üçün ölməyi və öldürməyi bacarırıq. Bunu ermənilər çox yaxşı başa düşür və başa düşməlidir. Azərbaycan Ordusu çox güclüdür və Nikol Paşinyanı sülh sazişini imzalatmağa məcbur edəcək. Əks halda, Ermənistanın baş naziri öz kürsüsü ilə vidalaşacaq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 1 =