Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF: Qarabağın son statusu və Azərbaycan konstitusiyası… – VİDEO
“Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb”.
Publika.az xəbər verir ki, bunu Ermənistan Baş naziri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı deyib.
Nikol Paşinyan deyib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin “xeyrinə” getməyib.
Onun sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün “faciəvi” olub.