Paşinyandan ŞOK ETİRAF: “Azərbaycan kəşfiyyatına işləyiblər” – VİDEO
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.
O, vəziyyəti, yumşaq desək, absurd adlandırıb:
“Bu illər ərzində biz orduya tostlar qaldırmışıq. Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib, bizə yanlış koordinatlar verib”, – Paşinyan bildirib.
Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km atan mərmilərin alınmasını xəyanət kimi qiymətləndirir.
Publika.az