Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxıldı

Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxıldı

Fransada istintaq hakimi “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Eyni zamanda, ona Fransa ərazisini tərk etmək qadağan edilib.

Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham ediblər.

Söhbət, xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.

Paris məhkəməsi “Telegram”ın yaradıcısı Pavel Durovu azad edib.

BFMTV xəbər verir ki, hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzarəti altında qalmasına xitam verib.

O, məhkəmə zalında azad olunub.

18:16

Müstəntiq “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun ittiham oluna biləcəyi məhkəməyə göndərilməsi barədə göstəriş verib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.

“Müstəntiq Durovun saxlanılma müddətinin bitirilməsi və onun ittiham oluna biləcəyi məhkəməyə təhvil verilməsi barədə göstəriş verib”, – idarədən qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =