Pavel Durovdan maraqlı açıqlama – Bir ildir smartfondan istifadə etmir

“Telegram”ın yaradıcısı Pavel Durov etiraf edib ki, bir ildir smartfondan istifadə etmir.
O bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində açıqlayıb.
Durov bildirib ki, smartfondan hələ Fransada həbs edilməmişdən əvvəl imtina edib. SIM-kartdan yalnız “Telegram”ı test etdirmək üçün istifadə edir. Onun fikrincə, smartfon onun fikrini yayındırır və özəl həyatına mane olur. Buna görə də lazım gəldikdə notbuk və ya planşetdən istifadə edir.