Pekin: Amerikanın təfriqə və parçalama siyasəti artıq dünyada dəstəklənmir
ABŞ-ın Şərqi Asiya və Sakit okeanı bölmək səylərini tənqid edən Çin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti əfqanların öldürülməsində iştirak edən ABŞ əsgərlərini cəzalandırmağa çağırıb.
Çin hökuməti bu gün (çərşənbə axşamı) ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda insanları öldürən əsgərləri cəzalandırmamaq qərarına reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib: “Pentaqonun öz əsgərlərini Kabildə pilotsuz təyyarələrlə [mülki insanlara] hücuma görə cəzalandırmaması dözülməzdir”.
“China Daily” saytının məlumatına görə, Vanq beynəlxalq ictimaiyyəti ABŞ hərbçilərinin mülki insanları öldürdüyü müharibə cinayətlərinə görə məsul şəxsləri araşdırmağa və cəzalandırmağa çağırıb.
“Amerika qüvvələrinin Əfqanıstanda insanları öldürməsi cinayəti qəbuledilməzdir. İnsanı daha da qəzəbləndirən odur ki, Birləşmiş Ştatlar bu qətliamı törədənlərə toxunulmazlıq verməklə onları müxtəlif yollarla daha cəsarətli edir.”
Dünən Washington Post qəzeti yazıb ki, Pentaqon avqustun 29-da Kabildə 10 dinc sakinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumu ilə əlaqədar heç bir ABŞ əsgərini inzibati qaydada cəzalandırmamaq qərarına gəlib.
Sözçü ABŞ dövlət katibi Entoni Blinkenin Cənub-Şərqi Asiyaya səfəri zamanı söylədiyi fikirlərə toxunaraq, “Birləşmiş Ştatların Asiya-Sakit okean regionunda nifaq yaratmaq siyasəti daha çalışmır və bu yanaşma artıq dünyada dəstəklənmir.” – deyə bildirib.
“Bir tərəfdən ABŞ Çin təhlükəsindən danışır, digər tərəfdən isə Çinlə üzləşmək istəmədiyini bildirir.” – çinli diplomat bildirib. “Belə bir ziddiyyət ABŞ rəsmilərinin sözləri ilə ABŞ-Çin görüşlərinin ruhuna uyğun gəlmir və region ölkələri bunu qəbul edə bilməz.”