Pekin Fələstin qruplarının birliyinə dəstəyini bir daha vurğuladı

Pekin Fələstin qruplarının birliyinə dəstəyini bir daha vurğuladı

“Pekin İsmayıl Haniyənin terrorunu qətiyyətlə pisləyir və bu hadisədən sonra bölgədə qeyri-sabitliyin artması narahatlıq doğurur.”Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Çin Milli Televiziyasında HƏMAS-ın siyasi ofisinin rəhbərinin terror edilməsi haqda danışıb. XİN sözçüsü bu terrorun bölgədə nələrə təsir edəcəyi, Çinin sülh prosesini qorumaq səyləri barədə də deyib:
“Pekin İsmayıl Haniyənin terrorunu qətiyyətlə pisləyir və bu hadisədən sonra bölgədə qeyri-sabitliyin artması narahatlıq doğurur.”

Çin rəsmisi Qəzza zolağında hərtərəfli, daimi və təcili atəşkəsə nail olunmasının zəruriliyini vurğulayaraq bildirib:
“Çin həmişə Fələstin qruplarının birliyini dəstəkləyir.”

Lin Jian əlavə edib:
“Biz inanırıq ki, Fələstinli qruplar arasında birlik Fələstin məsələsinin həllində və Yaxın Şərqdə sülh və sabitliyin əldə olunmasında mühüm addımdır…”

Çin diplomatik xidmətinin sözçüsü həmçinin qeyd edib:
“Biz daxili birliyə əsaslanan müstəqil Fələstin dövlətinin tezliklə qurulmasını səbirsizliklə gözləyirik və bu məqsədlə fasiləsiz səylərimizi davam etdirəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − seven =