Pendirdə dərman qalığı: Ekspertlər istintaqa başladı

Pendirdə dərman qalığı: Ekspertlər istintaqa başladı

Rusiyanın “Mayak” ticarət şəbəkəsinin Bryanskdakı mağazalarında “Starodubskiy” pendirində iribuynuzlu mal-qarada qurdların müalicəsi üçün nəzərdə tutulmuş antihelmint vasitə aşkar edilib.

Laboratoriya testləri göstərib ki, yumşaq pendirin hər kiloqramında 2,7 mikroqram miqdarında klozantel var. Bundan əlavə, məhsulda “ət yapışqanı” kimi tanınan və qida sənayesində istifadəsi qadağan edilən transqlutaminaz aşkar edilib. Agentlik xəbərdarlıq edib ki, bu əlavə, immunitet sisteminə mənfi təsir göstərə və hətta xərçəngin inkişafına səbəb ola bilər. Pendir Bryansk bölgəsində istehsal edilib.

Mayın 26-da isə Belarusdan Rusiyaya gətirilən toyuq və pendirdə bağırsaq çöpü bakteriyalarının aşkar edildiyi bildirilib. Söhbət “Smoleviçi Broyler” (toyuq) və “Smoleviçi Moloko”nun (pendir) məhsullarındna gedir. Adı çəkilən markadan olan məhsullar gücləndirilmiş laboratoriya nəzarətinə verilib. Mümkün risklər barədə məlumat çirklənmiş malların tədarük oluna biləcəyi bölgələrə və pərakəndə satış şəbəkələrinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 8 =