Pensin evində hansı gizli sənədlərin tapıldığı açıqlandı

Pensin evində hansı gizli sənədlərin tapıldığı açıqlandı

ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatının Karmel şəhərindəki evində aşkar edilən məxfi sənədlərdə onun xarici səfərləri zamanı lazım olan məlumatlar aşkarlanıb.

Publika.az xəbər verir ki,bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Onun sözlərinə görə, sənədlər Pensin səfərləri ilə bağlı materialların olduğu qovluqlarda olub. Tapılan sənədlərdə yüksək məxfi məlumatlı sənədləri qeyd etmək üçün istifadə edilən SCI və SAP nişanları olmayıb.

Daha əvvəl telekanal məxfi sənədlərin Donald Tramp administrasiyasında ABŞ-ın keçmiş vitse-prezidentinin vəkili tərəfindən aşkar edildiyini bildirib. Sənədlər ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) təhvil verilib. FTB və Ədliyyə Departamenti bu materialları qiymətləndirir və onların Pensin evinə necə gətirildiyini öyrənir.

ABŞ-ın hazırkı prezidenti Co Baydenə aid binada məxfi sənədlər toplusu tapılıb. Onlar Baydenin ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışdığı vaxta gedib çıxır.

Ağ Evin məlumatına görə, sənədlər 2022-ci ilin noyabrında dövlət başçısının vəkilləri tərəfindən aşkar edilib. Sənədlər Baydenin prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl, 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi ofisdə yerləşirdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − twelve =