Pentaqon cəhd göstərdi, Çin rədd etdi

Pentaqon cəhd göstərdi, Çin rədd etdi

Pentaqonun rəhbəri Lloyd Ostin Çin şarı ilə bağlı vəziyyətdən sonra Çinin müdafiə naziri ilə əlaqə saxlamağa çalışıb, lakin Pekin bu tələbi rədd edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Danışıq cəhdinin Çin şarının vurulmasından dərhal sonra baş verdiyi vurğulanır.

“Fevralın 4-də Pentaqon, Ostin ilə Çinin müdafiə naziri arasında təhlükəsiz söhbət üçün sorğu göndərdi. Təəssüf ki, bu müraciət Çin tərəfindən rədd edildi”, – nazirlikdən bildiriblər.

ABŞ Müdafiə Nazirliyi əlavə edib ki, departament Pekin və Vaşinqton arasında açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə inanır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =