Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!

ABŞ İranla münaqişəyə can atmır.
Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
“İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik”, – o deyib.
Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.