Pentaqon İsrail rejimini 1800 dağıdıcı bomba və qırıcı ilə təchiz etməklə razılaşıb

Pentaqon İsrail rejimini 1800 dağıdıcı bomba və qırıcı ilə təchiz etməklə razılaşıb

Ağ Evin İsrail ordusunun Rəfaha mümkün quru hücumundan narahatlığı ilə bağlı iddialarının əksinə olaraq, Vaşinqton Post qəzeti Amerikanın silah paketlərinin sionist rejimə satışının davam etdirilməsi barədə xəbər verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Amerika hökuməti Qəzzə xalqını öldürmək üçün sionist rejimə daha çox bomba və qırıcı verməyə razılaşıb.

Cümə günü Amerika xəbər mənbələri Pentaqonun İsrail rejiminə daha çox bomba və qırıcı tədarük etməyə razılaşdığını bildirib.

Livanın “Ən-Nəşrə” xəbər saytı Amerikanın “Vaşinqton Post” qəzetinə istinadən yazıb: Bayden hökuməti milyardlarla dollarlıq bomba və qırıcı təyyarələrin sionist rejimə verilməsinə icazə verib.

Amerika nəşrinin eksklüziv mənbələri yeni paketdə 1800-dən çox MK 84 bombasının olduğunu açıqlayıb.

Washington Post əlavə edib: Bəzi ABŞ rəsmiləri Dövlət Departamentinin İsrailə 2,5 milyard dollar dəyərində 25 F-35A təyyarəsinin təhvil verilməsinə icazə verdiyini bildiriblər.

ABŞ hökuməti Qəzzada atəşkəs bərqərar etməyə və məhbusların mübadiləsinə çalışdığını iddia edərkən, sionist rejimə maliyyə, hərbi və siyasi dəstək verməyə davam edir və Fələstin xalqına qarşı cinayət və soyqırımda birbaşa iştirak edir.

Digər tərəfdən, Qəzza müharibəsinin idarə olunması ilə bağlı Ağ Evlə Tel-Əviv hakimiyyəti arasında yaranan fikir ayrılıqlarından sonra İbrani kanalı “Kan” öz mənbələrinə istinadən iddia edib ki, Ağ Ev rəsmiləri müharibə şurasına təzyiqləri davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − eleven =