Pentaqon rəhbəri israilli həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Pentaqon rəhbəri israilli həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ və İsrailin müdafiə nazirləri Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı zamanı bölgədə vəziyyət geniş müzakirə olunub.

“The Times of Israel”in məumatına görə, bu barədə İsrailin Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflərin diqqət mərkəzində regional vəziyyət, eləcə də hər iki ölkənin hərbi strukturları arasında operativ informasiya mübadiləsi yolları nəzərdən keçirilib.Söhbət zamanı həmkarlar Qəzzada HAMAS tərəfindən saxlanılan girovların azadlığa buraxılması məsələsinə də toxunublar.

Y. Qallant həmkarını münaqişə ətrafında mövcud vəziyyətdən agah edib. O bildirib ki, ölkəsi regionda münaqişəyə son qoyacaq yekun razılaşmanın əldə olunmasında maraqlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − eight =