Pentaqon Rusiyaya qarşı SƏDDİ MÖHKƏMLƏDİR: 47 ölkədən 20-si mühüm qərar verdi

Pentaqon Rusiyaya qarşı SƏDDİ MÖHKƏMLƏDİR: 47 ölkədən 20-si mühüm qərar verdi

Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli ilə görüşdə deyib.

O vurğulayıb ki, görüş zamanı Ukraynaya dəstək üçün yeni təşəbbüslər elan edilib: “Bu gün 20-yə yaxın ölkə yeni müdafiə yardım paketlərini açıqlayıb”.

Ostin vurğulayıb ki, bir çox ölkələr də Ukrayna Silahlı Qüvvələrini sursat, zireh və digər avadanlıqlarla təmin edir. Onun sözlərinə görə, bir çox ölkələrdə yeni texnologiyaya yiyələnmək üçün Ukrayna hərbçilərinə təlimlər keçirilir.

Mark Milli isə bildirib ki, bu dəfə Təmas Qrupunun iştirakçıların sayı 47 ölkəyə yüksəlib. Bu, çox mühüm siqnaldır.

“Bugünkü görüş Ukraynaya vaxtında və səmərəli dəstək və hərbi yardım göstərmək üçün səylərimizi əlaqələndirmək üçün gözəl fürsət idi”, – Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri bildirib.

O xatırladıb ki, Ukraynanın öz ərazisini qorumaq üçün müdafiə qabiliyyəti göndərdiyimiz yardımın keyfiyyəti və kəmiyyəti ilə birbaşa bağlıdır.

Hərbi liderlər həmçinin bildiriblər ki, Ukrayna üzrə Təmas Qrupunun növbəti iclası şəxsi ünsiyyət formatında iyunun 15-də Brüsseldə baş tutacaq və burada müttəfiq ölkələrin müdafiə nazirləri səviyyəsində NATO nazirlərinin görüşü keçiriləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + fifteen =