Pentaqon: Suriyada 23 Amerika əsgəri beyin travması alıb

Pentaqon: Suriyada 23 Amerika əsgəri beyin travması alıb

Amerika Mərkəzi Komandanlığı mart ayında İranın dəstəklədiyi hərbi qruplar tərəfindən həyata keçirilən iki hücum zamanı Suriyadakı 23 Amerika əsgərinin beyin travması aldığını iddia edib.

“Biz Suriyanın şərqində 23 və 24 martda baş verən hücumlardan sonra əsgərlərimizdə daha 11 yüngül beyin sarsıntısı aşkarladıq.” – ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.

ABŞ-ın Suriyada 28 aşkar bazası var və onların əksəriyyəti Suriyanın neft və qazla zəngin bölgələrində yerləşir ki, ölkənin neft ehtiyatlarını mümkün qədər asanlıqla talan etsin.

Üstəlik, hər həftə Suriya neftinin ABŞ tərəfindən talan edilməsi və İraqa təhvil verilməsi ilə bağlı xəbərlər dərc olunur.

Mart ayının 25-də Amerika işğalçı ordusunun Koniko qaz yatağındakı bazasına bir neçə raket atılıb.

Bu hücum 8 raketlə həyata keçirilib, bəziləri bu bazanın içərisinə və ətrafına düşüb.

Koniko neft yatağı amerikalıların qeyri-qanuni baza quraraq ciddi mühafizə altına aldığı neft ərazilərindən biridir. Suriya hökuməti amerikalı terrorçuların qeyri-qanuni mövcudluğuna son qoyacağını dəfələrlə bəyan edib.

Bu, regiondakı Amerika qüvvələrinin müqavimət qruplarının hücumları zamanı beyin travması aldığını iddia etdiyi ilk oyun deyil.

2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin mərhum komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra İran İraqdakı Amerika hərbi bazasına raket hücumu həyata keçirib və bu zaman 100-dən çox Amerika əsgəri beyin travması və kontuziyaya düçar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 12 =