Pentaqon Suriyanın Ət-Tanif məntəqəsindəki ABŞ bazasına hücumu təsdiqləyib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi etiraf edib ki, bu gün səhər Suriyanın Ət-Tanif bölgəsində ABŞ işğalçı qüvvələrinə hücum edilib.
İRNA-nın Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, bu Pentaqon rəsmisi hücumda itkilərin olmadığını iddia edib.
Bundan əvvəl İraq İslami Müqaviməti ABŞ-ın Ət-Tanif bazasına pilotsuz təyyarə ilə hücumu elan etmişdi.
İraqın İslami Müqaviməti Suriyanın Ət-Tənif və Ər-Rukbandakı iki Amerika bazasına pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
İraq İslami Müqaviməti bu gün günortadan sonra yaydığı bəyanatda bildirib: İslami Müqavimət döyüşçüləri bu gün səhər iki pilotsuz təyyarə ilə Amerikanın Ət-Tənif və Ər-Rukban olmaqla iki bazasına hücum edib və onlar hədəflərini dəqiqliklə vura biliblər.