Pentaqonu sarsıdan məxfi sənədləri O SIZDIRIB -İDDİA

Pentaqonu sarsıdan məxfi sənədləri O SIZDIRIB -İDDİA

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” xəbər verir.

Cəmi 21 yaşı olan hərbçi Cek Teyşeyranın sızan sənədlərin paylaşıldığı, təxminən 25 fəal üzvü olan “Thug Shaker Central” şəxsi onlayn qrupa nəzarət etdiyi deyilir.

Daha əvvəl orada ABŞ hərbi kəşfiyyatının brifinqlərindən yüzlərlə səhifə yükləyib.

Cek Massaçusets Milli Hava Qvardiyasının 102-ci Kəşfiyyat Qanadındadır.

Bu, ABŞ prezidenti Co Baydenin Pentaqonu sarsıdan geniş yayılmış sızmalardan “narahat olduğunu” söyləməsindən sonra baş verib.

Məlumatların düzgünlüyü şübhə altına alınsa da, sızdırılmış sənədlər Ukraynanın müdafiəsində potensial zəiflikləri, eləcə də ölkədə aktiv olduğu iddia edilən Böyük Britaniya xüsusi təyinatlılarının sayını ortaya qoyur.

Qeyd edilib ki, müstəntiqlər artıq onun axtarışına başlayıblar.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 3 =