Pep Guardiola Qəzzaya dəstək mesajı verdi! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Manchester City-nin baş məşqçisi Pep Guardiola Manchester Universitetindən fəxri doktorluq dərəcəsi alıb. Mükafatlandırma mərasimində çıxış edən məşqçi Qəzzada baş verən insani faciəyə diqqət çəkib.
Guardiola çıxışında Qəzzada baş verənlərin ona dərin kədər verdiyini bildirib. O, müharibənin uşaqlar üzərindəki təsirini vurğulayaraq, gələcəkdə daha geniş miqyasda təhlükənin yarana biləcəyini qeyd edib.
“Qəzzada gördüklərimiz mənə acı verir. Bu bizim problemimiz deyil deyənlər diqqətli olsunlar. Çünki növbəti öldürüləcək uşaqlar mənim və ya sizin övladınız ola bilər. Qarşıdakı 4-5 il ərzində bizim də uşaqlarımız təhlükədə olacaq,” – deyə Guardiola bildirib.
Məşqçi, hər səhər övladlarını gördükdə Qəzzadakı körpələri xatırladığını və bu vəziyyətin onu qorxuya saldığını vurğulayıb. O, çıxışında meşə yanğını zamanı su daşıyan kiçik quşun hekayəsini danışaraq, hər kəsin öz imkanları daxilində yardım etməli olduğunu ifadə edib.
Guardiolanın çıxışı geniş rezonans doğurub və sosial mediada müzakirələrə səbəb olub.