Peru Meksika səfirini ərazisindən çıxarır

Peru Meksika səfirini ərazisindən çıxarır

Peru Meksikanın Limadakı səfirini “persona non-qrata” elan edib.

“Report” xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər naziri Ana Sesiliya Qervasi bildirib.

“Peru hökuməti Meksikanın Perudakı səfiri Pablo Monroy Konesi bu ölkənin hakimiyyət orqanlarının yüksək rütbəli nümayəndələrinin Perudakı siyasi vəziyyətlə bağlı davam edən bəyanatları ilə əlaqədar “persona non qrata” elan edib”, – “Nacional” radiostansiyası nazirdən sitat gətirib.

Diplomata Cənubi Amerika respublikasını 72 saat ərzində tərk etmək əmri verilib.

Perunun keçmiş prezidenti Pedro Kastilyo dekabrın 7-də Konqresin (birpalatalı parlamentin) buraxıldığını və qanunverici orqanın korrupsiya ittihamları ilə bağlı hakimiyyətdən uzaqlaşdırılması üçün səsvermənin keçirilməsinə az müddət qalmış komendant saatının tətbiqini elan edib. Parlamentarilər səsverməni ləğv etməyib və prezidentin istefasını təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.

Kastilyonun vəzifəsindən uzaqlaşdırılmasından sonra onu qiyam təşkilində ittiham ediblər. Dövlət başçısı kimi andı Birinci vitse-prezident Dina Boluarte qəbul edib. Bundan sonra bütün ölkədə etiraz aksiyaları başlayıb, aksiyalarda 20-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 4 =