Peruda ölənlərin sayı artır – Kastilyo hələ də…

Peruda ölənlərin sayı artır – Kastilyo hələ də…

Publika.az “BBC News” kanalına istinadən xəbər verir ki, Perunun keçmiş prezidenti Pedro Kastilyonun ötən ay həbsindən sonra onun tərəfdarlarının başladığı etiraz aksiyası hələ də davam edir.

Bazar ertəsi Juliaca şəhərində keçmiş prezidentin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən son qarşıdurmalarda ən azı 17 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir.

Etirazçılar yeni president Dina Boluartenin vəzifəsindən istefa verməsini və növbədənkənar seçki keçirilməsini tələb edirlər.

Məlumata görə, baş nazir Alberto Otarola Juliacadakı toqquşmaları pisləyərək, bunu polisə qarşı mütəşəkkil hücum kimi qiymətləndirib. Onun sözlərinə görə, minlərlə insan şəhərin hava limanını və yerli polis idarəsini zəbt etməyə cəhd göstərib.

Qeyd edək ki, hazırda həbsdə olan sabiq president Kastilyo ona qarşı sürülən bütün ittihamları rədd edərək, hələ də təkidlə ölkənin qanuni prezidenti olduğunu bildirir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − fourteen =