Peruda təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var-Video

Peruda təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var-Video

Perunun paytaxtı Limanın beynəlxalq hava limanında “Airbus A320” təyyarəsi havaya qalxarkən yanğınsöndürən maşınla toqquşub.

“Report” xəbər verir ki, bu barədə “Radio Programas del Peru” nəşri məlumat yayıb.

Bildirilib ki, maşın təyyarənin sağ qanadı ilə toqquşduqdan sonra hava gəmisi alovlanıb və bir müddət yanan quyruğu ilə hərəkət etməyə davam edib.

Yanğınsöndürmə idarəsinin ümumi komandiri Luis Ponse Xaranın sözlərinə görə, avtomobildə olan iki yanğınsöndürən həlak olub.

Qeyd olunub ki, sərnişinlər təyyarədən təxliyə edilib, yanğın söndürülüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =