Peskov Putini narahat edən məsələləri AÇIQLADI
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentin sözçüsü Dmitri Peskov TASS-a müsahibəsində deyib.
“Təbii ki, prezidentimizin məqsədi Rusiyanın inkişafı və vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu, bizim prezidentimiz üçün həmişə prioritet olub, var və bundan sonra da olacaq”, – o deyib.
Peskov Putinin iqtisadi və ya sosial sahədə hər hansı yeni qərarlar açıqlaya biləcəyi ilə bağlı şərh verməyib: “Gəlin çıxışı gözləyək”.
15-18 iyun tarixində 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Vladimir Putinin iştirakı ilə forumun plenar iclası iyunun 17-də baş tutacaq.
Roskonqresdən verilən məlumata görə, bu il SPİEF-də 90-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir. İyunun 1-nə olan məlumata görə, 2700-dən çox biznes nümayəndəsi forumda iştirakını təsdiqləyib.
Publika.az