Peskov: Talibanın Rusiyada qadağan edilmiş təşkilatlar siyahısından çıxarılması üçün hələ tezdir
Taliban hərəkatının Rusiyada qadağan edilmiş terror təşkilatları siyahısından çıxarılması haqqında danışmaq üçün hələ tezdir, ilk olaraq Talibanın Əfqanıstanın rəhbərliyindəki ilk addımlarına baxmaq lazımdır.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə bir sualın müzakirəsi üçün hələ tezdir”, deyə Peskov müvafiq suala cavab olaraq jurnalistlərə bildirib.
“Talibanın Əfqanıstanın rəhbərliyindəki ilk addımlarının necə olacağını görmək lazımdır, bundan sonra bəzi nəticələr çıxarmaq olar”, o qeyd edib.
Salamnews