Peskovdan İran raketləri ilə bağlı açıqlama

Peskovdan İran raketləri ilə bağlı açıqlama

İranın Rusiyaya ballistik raket ötürməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal” qəzetinin İran raketlərinin Ukraynada döyüş əməliyyatlarında istifadəsi üçün Rusiyaya ötürülməsi ilə bağlı yazısını şərh edərkən bildirib.

“Biz bu mesajları gördük. Bu cür məlumatlar hər dəfə reallığa uyğun gəlmir”, – Peskov qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi İranla tərəfdaşlığın vacibliyini vurğulayıb. “Tərəflər bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə ticari-iqtisadi əlaqələri və əməkdaşlığı inkişaf etdirir. Rusiya və İran ölkələrinin, xalqlarının maraqları naminə dialoqu davam etdirmək niyyətindədirlər”, – deyə Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 16 =