Pezeşkian bu gün Türkmənistana gedəcək

Pezeşkian bu gün Türkmənistana gedəcək

İran İslam Respublikası prezidenti bu gün Türkmənistan prezidentinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcək.

İRNA-nın məlumatına görə, Məsud Pezeşkianın Türkmən səfəri bu ölkənin prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi dəvətinə cavab olaraq, baş tutur. 

Prezident Pezeşkian bu səfər zamanı böyük türkmən şairi “Məxtumqulu Fəraqi”nin anadan olmasının 300 illiyi münasibətilə bu ölkədə keçiriləcək “Zamanlar və sivilizasiyalar arasında qarşılıqlı əlaqə- sülh və inkişafın əsası” adlı beynəlxalq konfransda iştirak edəcək, həmçinin Türkmənistanın yüksək vəzifəli rəsmiləri ilə də görüşlər keçirəcək.

Məxtumqulu Fəraqi 1790-cı ildə vəfat etmiş və İranın şimalında dəfn edilmiş görkəmli türkmən şairidir.

İranın digər etnik qrupları və dünya xalqları arasında məşhur olan bu böyük türkmən şairinin şeirləri ictimai, siyasi, dini və irfani mövzulardadır və onun şeir divanı dünyanın bir çox dillərinə, o cümlədən ingilis, rus və fars dillərinə tərcümə edilmişdir.

Bu səfər zamanı İran prezidenti türkmən həmkarı Sərdar Berdiməhəmmədov və rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − four =