Pezeşkian HƏMAS-ın Tehrandakı ofisinə gedib, Yəhya Sinvarın ölümü ilə bağlı başsağlığı verib

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Tehrandakı ofisinə baş çəkərək hərəkatın Siyasi Bürosunun baş katibi Yəhya Sinvarın və digər üzvlərinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.
Məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Məsud Pezeşkian HƏMAS-ın İrandakı nümayəndəsi Zaed Qədumi ilə görüşərək vəziyyətə dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail müdafiə ordusunun əməliyyatı nəticəsində ölüb.