Pezeşkian: İranın nüvə proqramının dayandırılması ilə bağlı söhbətlər illüziyadır – Danışıqlar qazan-qazan prinsipinə əsaslanmalıdır

Pezeşkian: İranın nüvə proqramının dayandırılması ilə bağlı söhbətlər illüziyadır – Danışıqlar qazan-qazan prinsipinə əsaslanmalıdır

İran İslam Respublikasının prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində sionist rejimlə qarşıdurmaya hazır olduqlarını vurğulayaraq, ölkəmizin nüvə proqramına son qoyulması ilə bağlı söhbətləri illüziya və fantaziya kimi qiymətləndirib.

Pezeşkian İranın işğal olunmuş ərazilərin dərinliklərinə ölümcül zərbələr endirməsinə toxunub və Tel-Əvivin itkilərini ört-basdır etdiyini vurğulayıb.

İran prezidenti vurğulayıb: İran müharibə istəmir və qəti atəşkəs olduğu fikrində deyil. İran var gücü ilə özünü müdafiə edəcək. İran təslim olmayıb və olmayacaq. Biz diplomatiya və dialoqa diqqət yetiririk.

Pezeşkian ABŞ-ın İranın nüvə obyektlərinə son hücumu və ABŞ prezidenti Donald Trampın bu hücumların İranın nüvə proqramını tamamilə məhv etdiyi barədə açıqlamalarını illüziya hesab edib və deyib: Bizim nüvə gücümüz nüvə obyektlərində deyil, alimlərimizin beynindədir. Biz beynəlxalq qanunlar çərçivəsində İranın nüvə proqramının və uranın zənginləşdirilməsinin davam etdirilməsini vurğulayırıq.

İran prezidenti Tehranın nüvə silahına can atmadığını qeyd edərək, ABŞ-la gələcək danışıqların qarşılıqlı fayda və qazan-qazan prinsipi əsasında aparılmalı olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =