Pezeşkian Rusiyanı “İsrailin cinayətləri” ilə daha fəal mübarizə aparmağa çağırıb

Pezeşkian Rusiyanı “İsrailin cinayətləri” ilə daha fəal mübarizə aparmağa çağırıb

İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Aşqabadda keçirdiyi görüşdə Rusiyanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.

Bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

“Biz regiondakı məsələləri, xüsusilə İsrailin Livanda və Qəzza zolağında qadın və uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı Rusiyanın daha fəal rol oynamasını müzakirə etdik”, -Pezeşkian vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =