Pezeşkiyan Ərdoğana başsağlığı verdi

İran Prezidenti Məsud Pezeşkiyan türkiyəli həmkarına ünvanladığı məktubda yanğın hadisəsi və çox sayda türkiyəli insanın həlak olması ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Prezidentin bir nüsxəsi İRNA-ya təqdim edilən başsağlığı mesajında bildirilir: “Bolu şəhərində oteldə baş vermiş yanğın nəticəsində onlarla insanın həlak olması və yaralanması ilə əlaqədar təssüf və hüznlə sizə, həlak olanların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verirəm.”