Pezeşkiyan: Vəhdət müsəlmanları bölgədə böyük bir gücə çevirər

Pezeşkiyan: Vəhdət müsəlmanları bölgədə böyük bir gücə çevirər

Prezident müsəlman ölkələri arasında birliyin zəruriliyinə toxunaraq deyib: “İqtisadi, siyasi və sosial sahələrdə birliyə nail ola bilsək, regionda böyük güc ola bilərik və belə olan halda Amerika bizə qarşı sanksiya tətbiq edə bilməz.”

Doktor Məsud Pezeşkiyan cümə axşamı Qum şəhərində təqlid mərcəsi Ayətullah Seyid Musa Şübeyri Zəncani ilə görüşündə deyib: “Region ölkələrinin liderləri ilə keçirdiyim görüşlərdə onlarla müzakirə etdiyimiz məsələlərdən biri də bu idi ki, niyə hamımız müsəlman olduğumuz halda aramızda bu qədər fikir ayrılıqları var? Halbuki, aralarında olan fərqliliklərə baxmayaraq, avropalılar aralarındakı sərhədləri götürüblər və ortaq valyutaları vardır.”

Prezident əlavə edib: “Niyə bizim birliyimiz olmasın? Əgər bizim birliyimiz olsaydı və ixtilaflarımızı bir kənara qoysaydıq, sionist rejim bu bəlaları Fələstin və Livan xalqının başına gətirə bilməzdi.”

İran İslam Respublikası Prezidenti doktor Məsud Pezeşkiyan bu gün səhər saatlarında Quma gəlib. Prezident əvvəl Əhli-beytin (ə) kəriməsi həzrət Məsumənin (ə) hərəmini ziyarət edib, sonra bu ziyarətgaha rəhbərlik edən Ayətullah Seyid Məhəmməd Səidi ilə görüşüb.

Doktor Pezeşkiyan Qumda Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Cəfər Subhani, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Abdullah Cavadi Amuli və Ayətullah Sistaninin İrandakı nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Cavad Şəhrastani ilə də görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =