Pezeşkiyanın qalib gəlməsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Pezeşkiyanın qalib gəlməsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Turan Xəbər Agentliyi Pezeşkiyanın İranda prezident seçilməsinin Tehran-Bakı münasibətlərinə mümkün təsirlərini araşdırıb.

Xəbər agentliyi bildirir ki, seçkidən əvvəl bir müddət gərgin olan Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunmağa başladı. Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev İranın keçmiş prezidenti Seyid İbrahim Rəisi ilə görüşdü. Onlar Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasimində iştirak etdilər. Eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması da gündəmdədir. M.Pezeşkiyanın seçkidə qalib gəldiyi gün İ.Əliyev ona təbrik ünvanlayıb Azərbaycana dəvət etdi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə jurnalistlərə açıqlamasında bildirib ki, İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.

Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov Turana bildirib ki, Pezeşkiyanın seçilməsi xalqın iradəsi nəticəsində baş verib: “Azərbaycanla münasibətlərə gəldikdə, Məsud Pezeşkiyanın indiyə qədər verdiyi müsahibələr, söylədiyi fikirlər göstərir ki, onun atacağı addımlar nəticə etibarilə Azərbaycanla da münasibətlərin isti olmasına gətirib çıxara bilər. İnanırıq ki, ikitərəfli münasibətlərimizdə vaxtilə əmələ gəlmiş anlaşılmazlığın aradan qaldırılması üçün bu, bir fürsət olacaq”.

Yeri gəlmişkən bildirək ki, İran tərəfi münasibətlərin normallaşması üçün özündən kifayət qədər xoşməramlılıq nümayiş etdirsə də, Azərbaycan tərəfi bəzi vacib addımların atılmasında gecikir: İsrail rejimi ilə məsafə saxlamaq və Bakıda anti-İran təbliğatının qarşısını almaq bu addımlar sırasındadır.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Turana verdiyi müsahibədə deyib ki, hər iki ölkə bu bölgəyə Qərbi və onun dəyərlərini buraxmaq istəmirlər, ona görə də Azərbaycanla İranın maraqları üst-üstə düşür. Bu baxımından, münasibətlər bundan sonra eyni məntiqlə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 15 =