“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?

“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?

“Pfizer” şirkəti peyvəndin Azərbaycana tədarük tarixi barədə sorğunu cavablayıb.

Şirkət “Haber Global”a açıqlamasında vaksinin Azərbaycana nə zaman çatdırılıb-çatdırılmayacağı ilə bağlı dəqiq məlumat verməyib.

“Peyvəndin ədalətli və bərabər şəkildə əldə olunmasını təmin etmək üçün dünyanın hər yerindəki hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hazırda elan edəcəyimiz heç bir şey yoxdur”,- deyə şirkət açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan peyvəndi təmin etmək üçün beynəlxalq “COVAX” proqramına üzv olan ilk ölkələrdən biridir. Lakin “COVAX” Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınması lazım olan peyvəndlər hələ də ünvanına çatmayıb.

Belə ki, “COVAX” təşəbbüsü çərçivəsində “Biontech/Pfizer” vaksininin ilk partiyası Cənubi Qafqaz bölgəsində Gürcüstana çatdırılıb. Ölkə, həmçinin 13 martda “AstraZeneca” peyvəndini alıb. Lakin bu vaksinlərdən heç biri Azərbaycana göndərilməyib.

“COVAX”dan verilən son məlumata görə, Azərbaycana vəd ediləndən daha az doza çatdırıla bilər. Satınalma tarixi qeyri-müəyyəndir.

Bu məqamda bildirək ki, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ölkədəki yarım milyon insana tətbiq edilib. Hazırda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunur.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin fevralında yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dünyada vaksin alışında ədalətsizliyə yol verildiyini diqqətə çatdırmışdı.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − ten =