Polis 2 narkoticarət şəbəkəsini zərərsizləşdirdi –6 milyon həb…
İraq polisi ötən gün 2 narkotik şəbəkəsini ifşa edib.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, əməliyyat zamanı beşi əcnəbi olmaqla 10 nəfər saxlanılıb, 6,2 milyon ədəd kaptaqon həbi müsadirə edilib.
Polisdən bildirilib ki, saxlanılan əcnəbi narkodilerin sayəsində yerli şəbəkənin üzvlərini saxlamaq mümkün olub. Bundan başqa, əməliyyat zamanı 6 kq həşiş də ələ keçirilib. Saxlanan şəxslər beynəlxalq narkoticarət şəbəkəsi ilə əlaqələrini etiraf ediblər. İşin ağırlığına görə, saxlananlardan bəzilərini edam cəzası gözləyir.
Lent.az