Polis kapitanı qəza törətdi: hadisə yerində öldü

Polis kapitanı qəza törətdi: hadisə yerində öldü

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Vasif Qulu oğlu Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Vasif Qulu oğlu Quliyev xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

“V.Quliyev hadisə yerində ölüb”.

Faktla bağlı araşdırma aparılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =