Politico: İsrailin sursat çatışmazlığı var

Politico: İsrailin sursat çatışmazlığı var

Politico İsrailin bu həftə İran və Livan Hizbullahının mümkün genişmiqyaslı hücumunu tam dəf etmək üçün sursat çatışmazlığı ilə üzləşdiyini və rejimin ərəb qonşularının kömək üçün addım atıb-atmayacağının hələ məlum olmadığından xəbər verir.

İRNA-nın məlumatına görə, Politico bu  gün (7 avqust)   yazıb: Yorğunluq və acizlik İsrailin bu mümkün hücuma cavab verməsinə mane ola bilər.

Bu hesabata görə, ərəb ölkələri HƏMAS  lideri İsmayıl Həniyyə və Livan Hizbullahının yüksək səviyyəli komandirlərindən biri Fuad Şükürün terrorundan    narahatdır.

ABŞ Təhlükəsizlik Mərkəzi Yaxın Şərq Təhlükəsizliyi Proqramının direktoru Conatan Lord bu barədə deyib: Məncə Şükür və Həniyyənin terrorundan sonra mövcud vəziyyətə qarşı nifrət hissi oyanıb.

“Politico” Strateji və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Raketdən Müdafiə Layihəsinin direktoru Tak Karakoya istinadən yazıb ki, İsrailin tükənmiş ehtiyatlarını nəzərə alaraq İran və ona yaxın qruplar xüsusi müdafiə sistemindən istifadə edərsə, bu İsraili daha da zəiflədəcək və bəlli bir zamandan sonra onun məhvinə səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =