Polkovnikdən gözlənilən müharibə haqda İLGİNC PROQNOZ

Polkovnikdən gözlənilən müharibə haqda İLGİNC PROQNOZ

Publika.az xəbər verir ki, bu barədə Britaniya baş nazir Boris Consonun dəftərxanasının yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, yanvarın 24-də ABŞ, İtaliya, Polşa, Fransa, Almaniya, Avropa İttifaqı və NATO-nun liderlərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə bu barədə razılıq əldə olunub.

Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya Ukrayna sərhədlərinə qoşun yığmaqda davam edir. Ukraynanın Donbasdakı birləşmiş qoşunlarının komandanı isə bəyan edib ki, Rusiya Ukraynaya qarşı müharibəyə fevralın 20-də başlayacaq.

Azərbaycanlı hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, Qərblə Rusiya arasında əsəb müharibəsi gedir, sadəcə, Rusiya nəbz yoxlaması edir, bu prosesin qanlı müharibə ilə yekunlaşacağı ehtimalı çox azdır. Yəni əslində nə NATO, Qərb, nə də Rusiya müharibə etmək qərarında deyillər: “Mən müharibənin başlayacağına inanmıram. Sadəcə,  tərəflər nəbz yoxlayir, əsəb yoxlaması aparırlar ki, görək kim nə qədər dözə biləcək. Putin Qərbin, NATO-nun Ukraynanı haraya qədər müdafiə edəcəyinə əmin olmaq istəyir. Qarşı tərəf də bunu bildiyindən hər gün xəbərdarlıqlarını daha da sərtləşdirir.

Eyni zamanda Vladimir Putin hədə-qorxu gəlməklə ölkəsinə qarşı olan sanksiyaları bir qədər yumşaltmağa nail olmaq istəyir, həm də Avropa dövlətləri ilə ABŞ-ı üz-üzə qoymağa çalışır, NATO daxilində fikir ayrılıqlarının baş qaldırmasına nail olmaq istəyir.

Putin yaxşı bilir ki, Ukraynaya qarşı müharibəyə başlayıb bu ölkənin ərazisinə daxil olmaq Rusiyanın iqtisadiyyatını çox ağır böhranla üz-üzə qoyacaq, rus ordusu çox ciddi itkilərə məruz qalacaq. Bu zaman isə onsuz da xeyli dərəcədə narazı olan Rusiya əhalisinin narazılığı daha da artacaq və ölkədə təlatümlər yaşanacaq.

Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarında iştirakına qadağa qoyulsa, banklarının fəaliyyəti çökəcək, beynəlxalq ticarəti böyük risklə üz-üzə qalacaq. Bu vəziyyətdə elə Putinin öz ətrafi ona qarşı çıxar. Heç kim düşünməsin ki, Rusiya zəngin neft, qaz ehtiyatlarına malikdir və bu üstünlük onun iqtisadiyyatının çökməsinə imkan verməz. Venesuela və İran da zəngin resurslara malikdir, lakin sanksiyaların nəticəsində iqtisadi baxımdan çöküblər”.

Polkovnikin qənaətincə, müharibə başlayacağı halda heç kim düşünməsin ki, Ukrayna ordusu müqavimət göstərə bilməyəcək: “Ukrayna ordusu rus ordusunun qarşısını kəsə biləcək və bu zaman hücum edən tərəf daha artıq tələfatlar verəcək. Ukrayna ordusu son illərdə kifayət qədər güclənib.

Rusiya ordusuna başqa heç bir ölkədən dəstək olmayacaq, ancaq Ukrayna ordusuna Qərbdən, ABŞ-dan, Kanadadan, Britaniyadan çox ciddi hərbi yardımlar ediləcək. Bu qədər böyük və hərbi qüdrətə malik dövlətlərin hərbi yardım etdiyi ordunun gücü, döyüş ruhu daha da yüksələcək.

Bunun üzərinə Ukrayna xalqının öz ərazilərinin müdafiəsinə qalxacağını da gəlsək, belə vəziyyətdə Rusiya tərəfinin böyük bir qüvvə sərf etməli olacağı və çox böyük itkilərlə üz-üzə qalacağı qaçılmaz olacaq. Bu da Rusiyanin daxilində hakimiyyətdən narazılıqları körükləyə və xalqın ayağa qalxıb hökuməti devirməsi ilə nəticələnə bilər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − two =