Polşada 570-dən çox siyasətçinin telefonu dinlənilib

Polşada 570-dən çox siyasətçinin telefonu dinlənilib

Polşa xüsusi xidmət orqanlarının İsraildən aldığı “Pegasus” casus proqram təminatı ölkədə 578 siyasətçinin telefonlarının dinlənilməsi üçün istifadə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Məlumata görə, proqram təminatı əvvəlcə Mərkəzi Antikorrupsiya Bürosunun təşəbbüsü ilə alınıb, lakin sonradan əldə edilən məlumatlardan Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və polis də istifadə etməyə başlayıb.

Nəşr həmçinin hesab edir ki, polşalı siyasətçilər haqqında əldə edilən məlumatların bir hissəsi İsrailə ötürülə bilərdi.

Məlumata görə, 2025-ci ilin ortalarında sözügedən casus proqram təminatının istifadəsini araşdıran dövlət komissiyasının fəaliyyəti dayandırıla bilər.

Səbəb onun bir illik fəaliyyəti ərzində heç bir konkret nəticənin əldə edilməməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 20 =