Polşalı fermerlər Seymin binasında aclıq aksiyasına başlayıblar

Polşalı fermerlər Seymin binasında aclıq aksiyasına başlayıblar

Polşada Orka kənd təsərrüfatı istehsalçıları təşkilatının fermerləri Seymin (parlamentin aşağı palatası) binasında aclıq aksiyasına başladıqlarını elan ediblər.

“Biz aclıq aksiyasına başlayırıq və Baş nazir Donald Tusk bizimlə görüşənə qədər aksiyanı dayandırmayacağıq”, – deyə etirazçıların lideri Mariuş Borovyak bildirib.

Onun sözlərinə görə, Varşavaya yalnız Polşanın baş naziri ilə görüşmək üçün gələn aclıq elan edən insanlar ancaq su içəcəklər.

“Küçədəki hər hansı bir şəxs bizim maraqlarımızı ondan daha yaxşı təmsil edər”, – deyə Borovyak əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 16 =