Pompeo: COVID-19 ABŞ-Ermənistan dostluğunu möhkəmləndirib!!

Pompeo: COVID-19  ABŞ-Ermənistan dostluğunu möhkəmləndirib!!

SizinYol golos-ameriki.ru-ya istinadən xəbər verir: ABŞ dövlət katibi Mayk Pompeo Ermənistanı müstəqillik günü münasibətilə təbrik edib. İşğalçı Ermənistanda 21 sentyabrda qeyd edilən bu gün Pompeo üçün bahəna olub ki, Ermənistanı doyunca tərifləsin. Pompeo deyib:
-ABŞ Ermənistanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə sadiqdir;
-İki xalq arasında dostluq əlaqəsi demokratik dəyərlərə, sülhə təlaşa əsaslanır;
-Biz Ermənistanın şəffaflıq vasitəsilə korrupsiya ilə mübarizəsini yüksək dəyərləndiririk;
-Biz Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə nizamlanması axtarışına əvvəlki kimi kömək edəcəyik;
-Hətta COVID-19 pandemiyası ilə mübarizədə həmkarlıq xalqlarımız arasında əməkdaşlığı daha da möhkəmləndirib!!
…Həmişəki kimi Ermənistan işğalçı kimi yox, yaxın dost kimi yada salınır. Amerikanın ikili siyasəti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − eight =