Pompeo Təl-Əvivdə: İsrail və Ukraynaya kömək etməliyik

Pompeo Təl-Əvivdə: İsrail və Ukraynaya kömək etməliyik

Dünən, fevralın 13-də işğal olunmuş Fələstin və Qəzza əraziləri arasındakı sərhəd bölgəsinə səfər etmiş ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bu gün “I24”-ün müxbirinə müsahibə verib və Amerikanın müttəfiqlərinə, o cümlədən Təl-Əviv və Kiyevə kömək etməyin vacibliyini vurğulayıb.

Pompeo, bir neçə yüz israillinin öldürülməsinə və onların ailələrinin yas saxlamasına işarə edib, bu müharibə zamanı 30.000-ə yaxın fələstinlinin qətliam edilməsinə toxunmadan deyib: “Bu məsələ İsrail və Ukrayna da daxil olmaqla, suverenliklərini qorumaq üçün mübarizə aparan ölkələrə yardımın göstərilməsinin vacibliyini göstərir.”

Amerikanın hərbi və siyasi dəstəyi ilə sionist rejim ordusunun Qəzza zolağına qarşı müharibəsindən 4 ay keçdiyi bir vaxtda Netanyahu Qəzzanın ən cənub nöqtəsindəki Rafah qaçqın bölgəsinə hücum əmri verib və indiyədək onun ərazilərini bir neçə dəfə bombalayıb.

Pompeo müsahibəsinin davamında deyib: “ABŞ İsrail və Ukraynaya kömək etməlidir. Bu yardımlar təkcə bu ölkələr üçün deyil, həm də ABŞ-ın təhlükəsizlik maraqları üçün vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =