Pompeonun iddiası: Livandakı Hizbullah ABŞ və müttəfiqləri üçün bir təhdiddir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ Dövlət Katibi Livan Hizbullah hərəkatının ölkəyə və müttəfiqlərinə qarşı təhdidinin güclü olduğunu iddia etdi.
ABŞ Dövlət katibi Mike Pompeo bir daha Livan Hizbullah hərəkatına qarşı əsassız iddialar irəli sürdü. Cümə günü səhər tweet etdi: “Hizbullah ABŞ və müttəfiqlərimiz üçün bir təhdid olaraq qalır.”
Bu gün bu terror qruplaşmasının fəaliyyətini daha da ifşa etmək və əməliyyat şəbəkələrini pozmaq üçün iki Hizbullah rəsmisinə sanksiya tətbiq etdik.
Pompeo daha sonra digər ölkələrin hökumətini Hizbullah əleyhinə kampaniyaya qoşulmağa çağırdı. Pompeo əlavə edib ki, bütün ölkələr Hizbullahın fəaliyyətini məhdudlaşdırmaq və özünü ondan qorumaq üçün çalışmalıdır.
Bundan əvvəl ABŞ dövlət katibinin müavini də Hizbullahı korrupsiya ilə günahlandırdı: “Hizbullah və Livandakı müttəfiqlərinə qarşı sanksiyalarımızı davam etdirəcəyik.”
Dövlət Departamentinin saytında yerləşdirilən açıqlamaya görə, Livan Hizbullah hərəkatının iki yüksək səviyyəli üzvü olan Nubeyl Faruk və Həsən Əl-Bağdadi Vaşinqtonun yeni sanksiya siyahısına əlavə edildi.
Washington Free Bacon qəzeti bu yaxınlarda ABŞ Konqresindəki bir qrup Respublikaçının Livandakı Hizbullaha qarşı yeni sanksiyalar paketi hazırladığını bildirdi. Konqresdəki Respublikaçı qrup yeni sanksiyaların ” Livan Hizbullahının əsas maliyyə qaynaqlarına çıxışını dayandıracağını” iddia edir.