Portlend şəhərinə iğtişaşlarla mübarizə üçün qoşun yeridilir

Portlend şəhərinə iğtişaşlarla mübarizə üçün qoşun yeridilir

Az.shafaqna.com “USA Today”-a istinadən xəbər verir ki, ABŞ-ın Portlend şəhərinə iğtişaşlar səbəbi ilə Milli Qvardiya qoşunları yeridiləcək.

Müvafiq qərarı Oreqon ştatının qubernatoru Keyt Braun verib, çünki polis ştatın ən böyük şəhərində “genişmiqyaslı qanun pozuntuları” qeydə alır.

Ötən gün azı 10 etirazçı həbs edilib. Polisin məlumatına görə, onlardan biri tapança, bıçaq və kustar üsulla hazırlanmış partlayıcı ilə silahlanmışdı. Etirazlar zamanı polislərə hücumlar olub.

Qeyd edilir ki, Portlenddə etirazçıların 2 qrupu fəaliyyət göstərir.

Xatırladaq ki, 3 noyabrda ABŞ-da seçkilər baş tutub. Seçkilər bitdikdən sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + fifteen =