Portuqaliyalı futzalçı millimizin kapitanının rekordunu təkrarladı
Publika.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Xorvatiyanın “Pula” komandasına 5:3 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının əsas seçmə mərhələ oyununda meydana çıxmaqla nail olub.
Avropanın 1 nömrəli klub turnirində 69-cu qarşılaşmasını keçirən Matoş bu göstəricidə azərbaycanlı futzalçıya çatıb.
Qeyd edək ki, Rizvan Fərzəliyev bu ilin əvvəlində peşəkar karyerasını başa vurub.
Publika.az