#PrayForGanja həştəqi ilə bir milyondan çox tvit yazılıb

#PrayForGanja həştəqi ilə bir milyondan çox tvit yazılıb

#PrayForGanja həştəqi dünya trendinə düşüb.

Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.

İnterAz-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Bu hadisədən sonra dünyanın bu hadisəyə lazımı reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəq kompaniya başladılıb.

“Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =