Premyer Liqa: “Zirə” turun açılış oyununda qələbə qazanıb

Premyer Liqa: “Zirə” turun açılış oyununda qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

“Report” xəbər verir ki, günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib.

Meydan sahibləri rəqibinə 3:1 hesabı ilə qalib gəlib. 52-ci dəqiqədə Vladislav Kulaç hesabı açıb. 69-cu dəqiqədə Rüstəm Əhmədzadə “Zirə”nin ikinci qolunun müəllifi olub. 90+1-ci dəqiqədə Eldar Quliyev fərqi daha da artırıb.

90+7-ci dəqiqədə isə Qoba Zakpa təsəlli qoluna imza atıb.

Qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “qartallar” 4-cü pilləyə yüksəlib. 21 xala malik “dənizçilər” sonuncu – 10-cu sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Qəbələ” ilə üz-üzə gələcək. Turun “Kəpəz” – “Turan Tovuz” oyunu aprelin 15-də, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” matçları isə aprelin 16-də olacaq.

16:19

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələcək “Zirə” və “Səbail”in heyətləri bəlli olub.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

“Zirə”: 1. Mehdi Cənnətov 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 11. Rüstəm Əhmədzadə 19. Vladislav Kulaç 14. Hamidu Keyta 5. Moiz Adileu 70. İssa Cibrila 26. Nemanya Andelkoviç 28. Abbas İbrahim 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov 22. Nail Alışov 15. Ruslan Abışov 91. Coşqun Diniyev 2. Sertan Taşkın 21. Hacıağa Hacılı 38. Ramiz Muradov 9. Loris Broqno 44. Dmitrios Çantakias 17. Toni Qomes 7. Filipe Paxtman

Baş məşqçi: Rəşad Sadıqov

“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 15. Vüqar Həsənov 8. Elmir Tağıyev 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 6. Cabir Əmirli 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 22. Samir Abdullayev 27. Emil Martinov 11. Qoba Zakpa 21. Kizito Luvaqa

Baş məşqçi: Şahin Diniyev

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =