Prezident Aşura ilə bağlı çıxış etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İranın prezidenti Ayətullah Seyyid İbrahim Rəisi, çərşənbə axşamı, Məhərrəm ayının doqquzuncu gecəsində, əzadarlıq mərasimində etdiyi çıxışında deyib: “Aşuranın ən əhəmiyyətli dərsi Əba Əbdillahil- Hüseynin (ə) sözlərində öz əksini tapıb ki, İmam buyurur: “Bizim düşüncələrimizdən, davranışlarımızdan və hərəkətlərimizdən örnək götürün!”
Prezident Kərbəla hadisəsini İmam Hüseynin bütün aşiqləri və əzadarları üçün bir dərs olaraq xarakterizə edərək bildirib: “Bu gün Aşura şəhidlərinin qanı sayəsində İslam Respublikasında çox dəyərli bir fürsət bizə nəsib olub ki, Əba Əbdillahil-Hüseynin (ə) adı və məqamını rəhbər tutaraq mövcud şəraiti Aşura qiyamının hədəfləri istiqamətində apara bilək. Biz problemləri yoluna qoymalı və İmam Hüseynin (ə) həyatına əsaslanaraq cəmiyyətin izzət və səadəti üçün səy göstərməliyik.
Rəisi sözünə belə davam edib: “Aşuranın nişanəsi hər əsrdə və dövrdə, haqq, ədalət və zülmlə mübarizə üçün bir dərs və zəmanətdir. Aşura yaşam tərzi üçün bir nümunədir.”