Prezident Hitlerin doğum günündə üzr istədi: Utanıram

Prezident Hitlerin doğum günündə üzr istədi: Utanıram

Publika.az xəbər verir ki, bunu aprelin 20-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Adolf Hitlerin doğum günündə bildirib.

Almaniya dövlət başçısının sözlərinə görə, 1943-cü ilin aprelində Polşada faşist Almaniyasına qarşı üsyan qaldıran bir qrup yəhudi var idi ki, bu da o dövrdə ən böyük belə aksiya idi. Ştaynmayer hesab edir ki, faşistlərin törətdiyi cinayətlərə görə çox az adam məsuliyyətə cəlb edilib.

“Mən bu gün burada sizin qarşınızda dururam və almanların burada törətdiyi bütün cinayətlərə görə bağışlanma diləyirəm. Almanların burada törətdiyi dəhşətli cinayətlər məni utandırır”, – deyə siyasətçi bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =