Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

BAKU.WS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

***11:27

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + eighteen =