Prezident İmam Musa Sədrdən danışdı

Prezident İmam Musa Sədrdən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İmam Musa Sədrin itkin düşməsinin 43-cü ildönümü ilə əlaqədar Livan prezidenti Mişel Aun öz tviitter hesabında yazıb: “Bu çətin günlərdə, həmrəylik və Livanın vəhdəti uğrunda fədakarlıq əqidəsinə malik, bir vətənpərvər və dialoq adamının aramızda olmadığını hiss edirik.”

O, həmçinin yazıb: “Ümid edirik ki, bu ildönümü ölkənin və xalqın xilası yolunda səy göstərməyimiz üçün ilham mənbəyi olacaqdır.”

Livan Müsəlman Alimlər Dərnəyi də bir açıqlamada bunları söyləyib: “İmam Musa Sədrin Liviyada Müəmmar Qəddafi rejimi tərəfindən yoxa çıxmasının 43 -cü ildönümü ərəfəsində, bizim ən çox ehtiyac duyduğumuz şey onun (İmam Musa Sədr) varlığıdır. İmam zəiflərin və məhrumların ilk müdafiəçisi idi. Elə buna görə də onun hərakəti məhrumların hərəkatı adlanırdı. İmam Musa Sədr məhrumların hərəkatını qurtuluş və mənfur məzhəbçilik qaranlığından azad olmaq, dostluq və həmrəylik üçün yeganə yol olaraq görürdü.”

Qeyd edək ki, İmam Musa Sədr ərəb ölkələrinə etdiyi dövri səfərinin son mərhələsində, Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin rəsmi dəvəti ilə 25 avqust 1978 -ci ildə Liviyaya gəlmiş və 31 avqustda orada oğurlanmışdır. Həmin ilin 18 sentyabrında Livan xalqının, dini hövzələrin və bölgə mətbuatının fövqəladə etirazlarından sonra, Liviya rejimi İmam Sədrin və onun iki yoldaşının 31 avqust tarixində 881 nömrəli uçuşla Tripolidən Romaya getdiyini bildirən rəsmi bir açıqlama vermişdir.

Liviya və İtaliyada bir aylıq müvafiq sənədlər araşdırıldıqdan sonra Livan hökumətinin İstintaq Komitəsi 1978 -ci ilin oktyabrında Liviya hökumətinə İmam Sədrin və onun iki yoldaşının Romaya gəlmədiklərini və deyilən tarixdə Tripolini tərk etmədiklərini bildirmişdir. Roma şəhər prokurorluğu da 1979-cu ilin iyununda İmam Sədrin və yoldaşlarının heç bir şəkildə İtaliyaya daxil olmadığını elan etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + twenty =